Ən Çox Soruşulanlar

Çatdırılması mümkün olan istənilən məhsul vitrində olduğu müddətcə məsafədən və sıxlıqdan asılı olaraq ən tez 30 dəqiqə və ya 1 saat ərzində çatdırıla bilər

Tort, paxlava və ya hər hansı böyük sifarişlər olduğu halda 2, ən geci isə 1 gün öncədən sifariş olunmalıdır.

Məhsulda qüsur olduğu halda onu dəyişdirə və ya geri qaytararaq ödədiyiniz məbləği geri götürə bilərsiniz.

Qaytarılma siyasəti

Məhsulda qüsur, problem olduğu halda məhsul və kassa çeki ilə birlikdə mağazamıza yaxınlaşa bilərsiniz. Məhsulda qüsur olduğu halda onu dəyişdirə və ya geri qaytararaq ödədiyiniz məbləği geri götürə bilərsiniz.

Bəli, mövcuddur. İstər saytdan, istər sosial şəbəkələrdən, istərsə də mağazadan alış zamanı onlayn ödəniş edə bilərsiniz. Onlayn ödəniş etmək istədiyinizi əməkdaşlarımıza bildirirsiniz. Aldığınız məhsulların qiymətini dəqiqləşdirikdən sonra əməkdaşlarımız sizə bir link yollayacaq. Linkə daxil olaraq siz ödənişinizi bank kartı və ya terminal vasitəsi ilə edə bilərsiniz.

Bəli, mümkündür. Sifariş zamanı əməkdaşlara bank kart ilə ödəniş edəcəyinizi bildirməyiniz kifayətdir.

Ümumi Suallar

Hal-hazırda 2 ünvanda mağazamız var:

  1. Yasamal rayonu, Şəfayət Mehdiyev küç 136
  2. Səbail rayonu, Nizami küç 32

Ən böyük mağazamız Şəfayət Mehdiyev küçəsi 136 ünvanında yerləşir. Həm böyük olduğu, həm də mətbəx orada yerləşdiyi üçün bütün çeşidlərimizi həmin filialımızda görə bilərsiniz.

Saytdan sifariş verdikdən sonra sifarişin təsdiqi üçün sizinlə əlaqə saxlanıldıqda sifarişinizi ləğv edə bilərsiniz. Həmçinin öncədən verilən böyük sifarişlərinizi 1 gün əvvəldən xəbərdarlıq etməklə ləğv edə bilərsiniz.

Mağazalarımız həftəiçi saat 08:00- 21:00, həftəsonu isə 08:00-19:00-dək fəaliyyət göstərir.

Bəli, çatdırılmamız mövcuddur.

20 azn və daha artıq məbləğdə alış-verişin çatdırılma haqqı 5 azn,

30 azn və daha artıq məbləğdə alış-verişin çatdırılma haqqı isə 3 azn təşkil edir.

Qeyd edək ki, Masazır ərazisinə çatdırılma hər gün saat 15:00-dək edilir.

Bəli, çatdırılmamız mövcuddur.

50 azn və daha artıq məbləğdə alış-verişin çatdırılma haqqı 5 azn-dir.

Qeyd edək ki, Sumqayıt ərazisinə çatdırılma hər gün saat 15:00-dək edilir.

Mövsümi meyvələrdən istifadə olunur. İstəyə uyğun olaraq sifarişiniz mövsümi olmayan meyvələrlə (məsələn, qış fəslində çiyələk və moruqla) bəzənilə bilər. Bu zaman meyvənin qiyməti məhsulun qiymətinə təsir edəcək.