Şokoladlı Tortlar

Şokoladlı torlar niyə məhz bu qədər sevilir? Şokolad xoşbəxtlik gətirir deyimi yəqin ki, çoxlarına tanışdır. Buna səbəb isə şokolad qoxusunun xoşbəxtlik hormonu olan endorfini hərəkətə keçirməsidir.
Ağıza qoyulan bir şokoladlı tort dilimi damağımızda yavaş yavaş əriyərkən, insana fərqli həzlər hiss etdirir. Azərbaycan mətbəxində şirniyyata olan xüsusi sevgi çox sayda  tort çeşidlərinin hazırlanmasına səbəb olmuşdur. Tort çeşidləri arasında müxtəlif növ bol şokolad tərkibli tortlar hazırlanır. 

Şokoladlı tortlar hansı formalarda hazırlanırlar?

Şokoladlı tortlar çeşidli tort növlərinin içərisində öz əfsanəvi dadı ilə bir çoxlarının , xüsusilə şokolad sevərlərin sevimlisinə çevrilmişdir. Bu tortların tərkibində istifadə edilən bol şokoladın biskvit qatları ilə birgə yaratdığı möhtəşəm dad sizə unudulmaz anlar yaşadacaq. Şokoladlı tortlar  müxtəlif damaq zövqlərinə uyğun olaraq bəzən meyvəli də hazırlanır.
Müxtəlif meyvələr və şokoladın birləşməsi ilə meydana çıxan aroma yeni dadlar sınamağınız üçün gözəl başlanğıc olacaqdır.

Hansı şokoladlı tortlar var?

Şokoladlı tortlar olaraq Bizim Kündə Kulinariyada Mars, Snikers, Trufel, Qozlu Karamel, Meyvəli ağ şokoladlı tortları göstərə bilərik.