“Bizim Kündə” şirkəti keyfiyyətli məhsulları, xidməti və müştəri məmnunluğunun qorunub-saxlanmasını əsas iş prinsiplərindən biri hesab edir.  Məhz bu səbəbdən biz İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanundan irəli gələn müddəaları əsas tutaraq istehlakçının (alıcının) maraqlarını müdafiə edirik.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri:

Məhsulda qüsur malın yararlılıq müddətində aşkar edilibsə, tərəfimizdən verilən məhsul və kassa çeki ilə  “Bizim Kündə” mağazasına yaxınlaşın. Məhsul araşdırılır, qüsur aşkarlandığı halda “Bizim Kündə” həmin malı keyfiyyətli mala dəyişdirilə və ya qaytarıla bilər.

  1. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, siz (alıcı) eyni çeşiddə (eyni və ya yaxın çəkidə) bir malı almaq və  ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna maliksiniz. Dəyişdirilərkən qiymət fərqi yaranarsa, alıcı qiymət fərqini ödəməyəcək.
  2. Malı geri qaytarılması zamanı sizə (alıcıya) malın dəyəri məbləğində pul geri ödəniləcək.
  3. Məhsul ilə əlaqəli olaraq alıcıya dəyən zərəri “Bizim Kündə” tam həcmdə ödəcəyək.

Məhsul hansı hallarda qaytarılmır və ya dəyişdirilmir?

  1. Tərəfimizdən verilən məhsul, qəbz və ya kassa çeki təqdim edilmədikdə
  2. Alıcının iddiası öz təsdiqini tapmadıqda
  3. Məhsul çatdırıldıqdan sonra alıcının təsadüfən yaratdığı qüsur və ya digər hallar baş verdikdə

Qeyd: Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları heç bir qüsur olmadığı təqdirdə  qaytarıla və dəyişdirilə bilməz.