ƏSAS MÜDDƏALAR

“Bizim Kündə” MMC məhsullarla yaxından tanış olmaq, haqqında məlumat almaq və sifariş etmək məqsədilə “Bizimkunde.az” saytını yaradaraq istifadəçilərin ixtiyarına verir.

Siz sayta daxil olmaqla saytdan istifadə şərtlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydalarla qəbul etmiş sayılırsınız. İstifadə qaydaları üzrə qeyd olunmuş məlumatlar sizi qane etmədiyi təqdirdə saytdan imtina etmə hüququnuzdan istifadə edə bilərsiniz.

Bu saytın dizaynı, şəkilləri, məzmunu və loqosu ilə bağlı hüquqlar “Bizim Kündə” şirkətinə məxsusdur.

Siz “Bizim Kündə” şirkətinin yazılı razılığı olmadan hər hansısa məlumatı kopyalaya, təkrar hazırlaya, dəyişə, nümayiş etdirə və ya ötürə bilməzsiniz.

SAYTIN FƏALİYYƏT İSTİQAMƏTİ

“Bizimkunde.az” saytı kulinariya sahəsində ixtisaslaşan aşpazlarımız, şirniyyatçılarımız tərəfindən hazırlanan və digər brendlərə məxsus hazır məhsulların onlayn satışını həyata keçirir. Siz saytdan qeydiyyatdan keçərək və ya bir kliklə sifariş et düyməsi vasitəsilə saytda yer alan istənilən məhsulu onlayn formada əldə edə bilərsiniz.

İstifadəçilərin elektron poçt və ya başqa yolla sayta göndərdikləri şəxsi məlumatlar (ad,soyad,nömrə və s.) “Məxfilik haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq şirkətimiz tərəfindən tam qorunur.

DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR

Şirkət ilkin xəbərdarlıq olmadan istənilən vaxt “Saytdan istifadə qaydaları və şərtləri”nə bu sənədin yenilənməsi məqsədilə əlavələr və dəyişikliklər edə bilər. Belə ki, saytla bağlı şərtlər istifadəçiyə şamil olunduğu üçün istifadəçi müntəzəm olaraq bu səhifəyə daxil olmalı və istifadə şərtlərini nəzərdən keçirməlidir. Əlavə şərtlər qeyd edildikdən sonra siz yeni qaydalarla bağlı öhdəliklər də götürmüş sayılırsınız.

Sayt Azərbaycan Respublikasında yaradılıb və Azərbaycan Respublikası ərazisində yerləşdirilib. İstifadə şərtləri isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

MƏSULİYYƏT

Şirkət saytın müvəqqəti nasazlıqları, işində fasilələr və onların səbəb olduğu məlumatların itirilməsinə görə məsuliyyət daşımır.

Şirkət istifadəçinin kompüterinə, mobil qurğularına və hər hansı digər cihazına həm saytdan, həm də saytda yerləşdirilmiş materialların yüklənməsi ilə əlaqədar dəymiş ziyana görə məsuliyyət daşımır.

İstifadəçi razılaşır ki, saytda qeyd etdiyi (yanlış məlumat, təhqir, dövlət əleyhinə çıxışlar, dini və irqçilik mövzusunda, fikirlər, qeyri-etik məzmuna malik foto və video) məzmuna görə birbaşa məsuliyyət daşıyır.

QANUNVERİCİLİK

İstifadə qaydaları və şərtlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik müddəalarını əsas götürərək hazırlanmışdır. Bu istiqamətdə yaranmış bütün mübahisələrə Azərbaycan Respublikası məhkəmələrində baxılacaqdır.